“Hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir”.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq AYNA-dan bildirilib.
Qeyd olunub ki, bu, avtobus parkının yenilənməsindən, mövcud avtobuslarda nağdsız ödəniş aparatlarının quraşdırılması imkanlarından asılı olduğndan, proses mərhələli şəkildə həyata keçirilir.
Hazırda 2039 avtobusun nağdsız ödəniş sisteminə qoşulduğu nəzərə çatdırılıb.
Həmçinin vurğulanıb ki, ölkənin digər şəhər və rayonlarında da ictimai nəqliyyatda nağdsız ödənişin tətbiqi nəzərdə tutulub.
“Ümumilikdə ictimai nəqliyyatda rəqəmsal ödənişlərin tətbiqi və nağdsız ödəniş alətlərindən istifadə üçün beynəlxalq təcrübə nəzərə alınıb. Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin həyata keçirilməsi imkanının yaradılması nəzərdə tutulur”,- deyə agentlikdən məlumat verilib.
Mina Mikayılova