İnsult keçirən Xalq artisti Ənvər Həsənov reanimasiyadan palataya köçürülüb.
Bakıvaxtı.az xəbər verir ki. bu haqda Teleqrfa.com-a xalq artistinin qızı Aytən Həsənova məlumat verib.
O bildirib ki, Ə.Həsənov iki gün öncə insult keçirib.
"Üç gündür ki, xəstəxanadayıq. Bu gün atam xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb. Atamı müalicə üçün xəstəxanaya gətirmişdik, bir müddət idi ki, səhhəti yaxşı deyildi. Elə burada insult keçirdi. İndi həkimlərin nəzarətindədir və səhhəti normaldır",- deyə qızı açıqlayıb.
Qeyd edək ki, aktyor 26 nömrəli Mərdəkan Xəstəxanasında müalicə olunur.
17:03
Azərbaycanın Xalq artisti Ənvər Həsənov xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə aktyorun dostu Vasif Ayan qeyd edib.
O bildirib ki, Ə.Həsənov bir neçə gündür, xəstəxanadadır.
“Xalq artisti Ənvər Həsənov səhhətində yaranan ciddi problemlərə görə bir neçə gündür xəstəxanaya yerləşdirilib. Qızı Aytənlə əlaqə saxladım, Ənvər müəllimin vəziyyəti dünən səhər saatlarında müalicə aldığı xəstəxanada qəfil pisləşmişdi, hal-hazırda müalicəsi həkim nəzarəti altında tam ciddi formada davam edir”, – V.Ayan deyib.