• Bakı C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.774

    RUB - 1.8085

Fatma Mahmudova xəstəxanadan evə buraxıldı

MƏDƏNİYYƏT

13 Fevral 2025 | 12:34

Fatma Mahmudova xəstəxanadan evə buraxıldı

İnsult keçirən Xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anasının səhhəti yaxşılaşır:

"Özünü yaxşı hiss edir. Hazırda müalicəsi evdə davam etdirilir".

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.


SON XƏBƏRLƏR