• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Federasiya prezidenti futboldan 6 aylıq uzaqlaşdırıldı

İDMAN

19 Yanvar 2025 | 10:41 | Müəllif: Subhan Mahmudov

Federasiya prezidenti futboldan 6 aylıq uzaqlaşdırıldı

FİFA Panama Futbol Federasiyasının prezidenti Manuel Ariası 6 aylıq futboldan uzaqlaşdırıb.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb Ariasın milli komandanın qadın futbolçusunu təhqir etməsi olub.

Bu barədə Panama Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Manuel Arias müsahibəsində Panama qadın futbol liqasını tənqid edərkən bu çempionatda çıxış edən Marta Koks haqqında deyib: "O, kökdür, meydanda çətinliklə hərəkət edir".

Manuel Ariası 6 ay müddətində birinci vitse-prezident Fernando Arce əvəz edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026