Xəbər verdiyimiz kimi, ötən gün “Azərsun Holding”in prezidenti və “Qarabağ” klubunun fəxri prezidenti Abdolbari Gozal 76 yaşında Dubayda dünyasını dəyişib.
Bakıvaxtı.az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumun dəfn mərasimi Dubayda keçiriləcək və bu gün sübh namazından sonra təşkil olunması planlaşdırılıb.
Abdolbari Gozalın Bakıda da yas mərasimlərinin təşkil olunacağı gözlənilir.
Xatırladaq ki, Gozal ailəsi həm Bakıda, həm də Dubayda yaşayır.