• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

FHN helikopterlərini havaya qaldırdı - VİDEO

CƏMİYYƏT

17 Fevral 2025 | 21:30

FHN helikopterlərini havaya qaldırdı - VİDEO

Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib.

Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 600 kilometrdən çox məsafədə 13 min aldadıcı yem səpilib.

Qeyd edək ki, peyvəndləmə məqsədilə uçuşların davam etdirilməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR

11 Mart 2025