• Bakı C

    12.11 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Bu ərzaq məhsulları ucuzlaşa bilər

İQTİSADİYYAT

19 Yanvar 2025 | 21:44

Bu ərzaq məhsulları ucuzlaşa bilər

Bir sıra ərzaq məhsullarının ucuzlaşacağı gözlənilir.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, "Nazirlər Kabineti "Dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması və uçotu qaydaları"nı təsdiq edib.

İqtisadçı Rəşad Həsənov bildirib ki, yeni sənədə əsasən, istehlak bazarında qiymətlərin monitorinqi aparılacaq: "Əgər hər hansı strateji əhəmiyyət daşıyan ərzaq məhsulunun qiymətində artımlar varsa, o zaman həmin ehtiyatlardan istifadə etməklə qiymətlərin tənzimlənməsi və artmış qiymətlərin aşağı salınması gözlənilir".

Rəşad Həsənov bildirib ki, yeni qaydalar ərzaq məhsullarının qiymətlərinin kəskin artımın qarşısının alınmasına dəstək verəcək. Bura təxminən 12 adda ərzaq məhsulları daxildir. Söhbət çörək, çay, qənd, yağ, düyü və s. kimi zəruri ərzaq məhsullarından gedir.

Qeyd edək ki, strateji ehtiyatların həm dövlət, həm də bu sahədə fəaliyyət göstərən özəl şirkətlərin cəlbi ilə yaradılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


SON XƏBƏRLƏR

19 Yanvar 2025
18 Yanvar 2025