• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOSU

HADİSƏ

19 Yanvar 2025 | 10:57 | Müəllif: Subhan Mahmudov

İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOSU

Xəbər verdiyimiz kimi, ötən gün İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqları vurub.

Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Hadisə nəticəsində həlak olan uşaqlar İmişli rayon Yalavac kənd İ.Səfərov adına tam orta məktəbin şagirdləri olub.

Onların fotosunu təqdim edirik:


İmişlidəki qəzada həlak olan məktəblilərin FOTOSU
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026