• Bakı C

    8.71 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Beynəlxalq müşahidəçilər MSK-ya müraciət edib?

SİYASƏT

19 Yanvar 2025 | 15:00

Beynəlxalq müşahidəçilər MSK-ya müraciət edib?

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün beynəlxalq müşahidəçilər tərəfindən Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb.

Bu barədə Bakıvaxtı.az-a MSK-dan məlumat verilib.

Qeyd edək ki, Seçki Məcəlləsinin .1.19, 1.1.20, 40.4, 40.5, 40.6, 44-cü maddələrinə əsasən, beynəlxalq (xarici) müşahidəçilər tərəfindən seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək seçki keçirilən seçki dairələrində müşahidə aparılması üçün ərizələr Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir. Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət 2025-ci il yanvarın 19-dək olan dövrü əhatə edib.

Ötən müddət ərzində beynəlxalq (xarici) müşahidəçilər tərəfindən belə müraciət olmayıb.


SON XƏBƏRLƏR

18 Yanvar 2025