• Bakı 21° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Qətər əmiri İrana səfər edəcək

SİYASƏT

18 Fevral 2025 | 12:35

Qətər əmiri İrana səfər edəcək

Qətər əmiri Şeyx Təmim bin Həməd bin Xəlifə Al Tanin fevralın 19-da Tehrana səfər edəcək.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, məlumatı İranın xarici işlər naziri Abbas Əraqçi təsdiqləyib.

O, bildirib ki, Qətər əmirinin iki ölkə arasında münasibətləri inkişaf etdirmək üçün İrana səfər edəcəyi gözlənilir.

"Qətər əmiri görkəmli şəxsiyyətdir və ikitərəfli əlaqələrin inkişafı üçün İrana səfər edəcək. Ümid edirik ki, biz ikitərəfli əlaqələrə gedən bu uğurlu yolla davam edəcəyik. İki ölkə regional hadisələr, xüsusilə Fələstin məsələsi, Qəzza, Həmas, Suriya və Yəmənə qarşı son sui-qəsdlər barədə də təmasdadır. İran və Qətər həmçinin Qətər əmirinin qarşıdakı səfəri zamanı müzakirə olunacaq iqtisadi məsələlərlə bağlı mühüm və əsas məsləhətləşmələrlə məşğuldur", - deyə İran XİN naziri vurğulayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

06 Iyun 2025