• Bakı 20° C

    5.85 m/s

Bayramov Yinlə görüşdü - YENİLƏNİB

SİYASƏT

15 Oktyabr 2026 | 10:15 | Müəllif: Əli Hüseynov

Bayramov Yinlə görüşdü - YENİLƏNİB

15 oktyabr tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Yeddinci Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycanın sədrliyi ilə keçirilən tədbir çərçivəsində ölkəmizə işgüzar səfərə gələn Van İ ilə baş tutub.

Görüş zamanı Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

Nazirlər ölkə liderləri arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimadın və dostluğun ikitərəfli münasibətlərin inkişafında əsas rol oynadığını vurğulayıblar.

Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində əldə olunan razılaşmaların müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaratdığı bildirilib. 2025-ci ildə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasının əlaqələri yeni mərhələyə yüksəltdiyi qeyd olunub.

Həmçinin, 2027-ci ildə Azərbaycan və Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd ediləcəyi diqqətə çatdırılıb.

Görüşdə ticarət, nəqliyyat, investisiya, yaşıl enerji, rəqəmsal transformasiya, maşınqayırma, sənaye, kənd təsərrüfatı, elm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin dinamik inkişaf etdiyi vurğulanıb. Bildirilib ki, 2025-ci ilin yekunlarına əsasən, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi təxminən 5 milyard ABŞ dolları təşkil edib. Hazırda Azərbaycanda Çinin 567 şirkəti qeydiyyatdan keçib.

Ticarət və iqtisadi əməkdaşlığın əsas institusional mexanizmi olan Hökumətlərarası Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın fəaliyyəti də xüsusi qeyd olunub.

Tərəflər Orta Dəhlizin inkişafı çərçivəsində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyətini vurğulayıblar.

Azərbaycanın Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü Avrasiyada nəqliyyat bağlantılarının gücləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma kimi dəstəklədiyi xatırladılıb.

Ötən ilin iyulunda qüvvəyə minən viza tələblərinin qarşılıqlı aradan qaldırılmasına dair sazişin turizm, biznes əlaqələri və insanlar arasında təmasların artmasına müsbət təsiri də diqqətə çatdırılıb.

Görüşdə BMT, AQEM, Şanxay Əməkdaşlıq Təşkilatı, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası (UNESCAP), COP və digər beynəlxalq platformalar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycanın Qlobal Cənubun fəal və məsuliyyətli iştirakçısı kimi beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, çoxtərəfli diplomatiyanın təşviqinə, inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsinə və qlobal çağırışların həllində həmrəyliyin möhkəmləndirilməsinə töhfə verdiyi qeyd olunub.

Ceyhun Bayramov postmünaqişə dövründə regionda yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, həmçinin Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə çinli həmkarına məlumat verib.

Görüşün sonunda qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

08:59

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Çinin xarici işlər naziri Van İnin geniştərkibli görüşü keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında məlumat verilib.

    Bildirilib ki, nazirlər xalqlarımız arasında yüksək səviyyəli dialoqun, qarşılıqlı etimadın və dostluğun ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıblar.

    Tərəflər 2025-ci ildə qurulmuş hərtərəfli strateji tərəfdaşlığın sürətlə inkişaf etməsini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı əldə edilmiş mühüm razılaşmalar iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Həmçinin 2027-ci ildə Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd ediləcəyi vurğulanıb.

    Nazirlər ticarət-iqtisadi əlaqələr, investisiyalar, enerji, nəqliyyat, logistika və bağlantılar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycanın Asiya ilə Avropa arasında əsas bağlantı rolunu oynadığı və Orta Dəhlizin regional və regionlararası əlaqələrin gücləndirilməsində artan əhəmiyyəti diqqətə çatdırılıb.

    Tərəflər BMT, AQEM və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək göstərmək öhdəliklərini bir daha təsdiqləyiblər.

    Görüşdə, həmçinin regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında fikir mübadiləsi aparılıb. Mövcud çağırışların həllində davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın vacibliyi vurğulanıb.

    Ceyhun Bayramov həmkarına Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə münaqişədən sonrakı bərpa və yenidənqurma səyləri barədə məlumat verib.

    ***

    08:44

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Bakıya gələn Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikasının xarici işlər naziri Vanq Yin ilə görüşü başlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında məlumat verilib.


    Bayramov Yinlə görüşdü - YENİLƏNİBBayramov Yinlə görüşdü - YENİLƏNİBBayramov Yinlə görüşdü - YENİLƏNİBBayramov Yinlə görüşdü - YENİLƏNİB
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Oktyabr 2026