• Bakı 24° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Zelenski İlon Maska müraciət etdi

DÜNYA

15 Oktyabr 2026 | 01:00 | Müəllif: Subhan Mahmudov

Zelenski İlon Maska müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı sahibkar İlon Maskdan Ukraynada "Starlink" peyk rabitəsi sistemini aktivləşdirməsini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski bu barədə britaniyalı aparıcı Pirs Morqanın "Senzurasız" ("Uncensored") verilişində danışıb.

"Starlink"in sürəti azalırsa, nə baş verdiyi aydındır. Biz İlon Maskdan onu aktivləşdirməsini xahiş edirik", - deyə Zelenski bildirib.

Bundan əvvəl Ukraynanın keçmiş müdafiə naziri müşaviri Sergey Sternenko oktyabrın 14-nə keçən gecə "Starlink" terminallarının işində məhdudiyyətlər tətbiq olunduğunu bildirmişdi. Onun sözlərinə görə, qurğuların sürəti saatda 160 kilometrdən çox olduqda rabitə kəsilməyə başlayıb və bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin bir sıra mühüm əməliyyatları baş tutmayıb.

Keçmiş məmur hesab edir ki, "SpaceX" şirkəti bu addımı ABŞ prezidentinin administrasiyasının müraciətindən sonra atıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026