Heydər Əliyev Fondu tanınmış jurnalist Azər Rəşidoğlunun müalicəsini öz üzərinə götürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə profilindən paylaşım edib.
A.Rəşidoğlu bu addıma görə Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Qeyd edək ki, Azər Rəşidoğlu xərçəng xəstəliyindən əziyyət çəkir. Jurnalist bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb.
Əli Hüseynov