• Bakı 23° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Prezident Emoməli Rəhmonla görüşdü

SİYASƏT

14 Oktyabr 2026 | 22:17 | Müəllif: Subhan Mahmudov

Prezident Emoməli Rəhmonla görüşdü

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə dəvətə və qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı iki ölkə arasında dostluq münasibətlərindən məmnunluq ifadə olundu, çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparıldı.

Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi, eyni zamanda, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olundu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026