• Bakı 21° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

    DÜNYA

    15 Oktyabr 2026 | 08:56 | Müəllif: Əli Hüseynov

    Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

    Çinin “Zhuque-2E Y4” raketdaşıyıcısı 10 peyki təyin olunmuş orbitə uğurla çıxarıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bildirilib ki, buraxılış Qansu əyalətində yerləşən Dunfın (Dongfeng) Kommersiya Kosmik Buraxılış İnnovativ Eksperimental Zonasından həyata keçirilib.

    Orbitə göndərilən peyklərdən 8-i "Adaspace Technology" kommersiya aerokosmik şirkətinə məxsus "Xinshidai" seriyasıdır. Bu peyklər yüksək performanslı hesablama modulları, sürətli lazer rabitə avadanlıqları və gecə görüntüləmə kameraları ilə təchiz olunub. Layihənin məqsədi 2800 süni intellekt peykindən ibarət qlobal orbital hesablama şəbəkəsi yaratmaqdır. Bu sistem Yer səthindəki obyektləri və hadisələri izləyib təhlil edərək nəticələri birbaşa yerüstü stansiyalara ötürəcək.

    Missiya çərçivəsində kosmosa buraxılan digər iki peyk – "Guangchuan-03" və "Guangchuan-04" isə peyklərarası lazer rabitəsi vasitəsilə qlobal peyk interneti şəbəkəsinin qurulması üçün nəzərdə tutulub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Oktyabr 2026