“Zelenskinin Ukrayna xalqına deməyə sözü qalmayacaq”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Rasim Musabəyov bildirib.
Deputat hesab edir ki, müharibə dondurulduğu halda seçki prosesi gündəliyə gələcək. Onun sözlərinə görə, böyük ehtimalla Zelenskinin seçkiyə qatılmasə baş verməyə bilər:
“Bu seçkidə Ukrayna xalqına yenidən hansısa vədlər vermək olduqca çətindir. Zelenski bu nəticələrlə Ukarayna xalqına hansı vədləri verə bilər?”
Musabəyov qeyd edib ki, Zelenski bu qədər itkiyə görə cavab verməli olacaq:
“Ortalığa ayrı-ayrı məsələlər gəlir. 2014-cü ildə Krım əldən çıxdı, Donbas və Luqanskın böyük hissəsi itirildi. Həmin dövrdə Azərbaycanın müdafiə xərcləri Ukraynanın müdafiə xərclərindən çox idi. Onların yaxşı hərbi sənaye kompleksi vardı. Yaxşı istehkamlar qurmalı, ordu xərclərini birə-beş artırmalı idilər. Azərbaycan xalqın boğazından kəsib, bütün işləri özü gördü. Ancaq Ukraynaya yardımlar göstərildi. Zelenski və Poroşenkonun tənqdiçiləri qeyd edirlər ki, yol tikmək əvəzinə ordu ilə məğul olmaq lazım idi, amma etmədilər. “Normand format”ında çətin qərarlar qəbul etmək lazım idi. “İstanbul” görüşündə də kompromis mümkün idi, amma etmədilər. Belə olmaz”.
Rusiya-Ukryana məsələsində Avropanın qınanmasına gəlincə, müsahibimiz diqqətə çatdırıb ki, avropalılar Ukraynanı güdaza verdilər:
“İndi də müharibənin davam etməsini istəyirlər. Polşa və Almaniya müharibənin dayanmasını istəmir. ABŞ əvvəlcə xərclərin yarısını öz üzərinə götürmüşdü, indi isə deyir ki, bir qəpik də xərcləyən deyiləm. Ermənistan Azərbaycanın torpaqlarını Rusiyanın köməkliyi ilə işğal edəndə kim onların qabağında durdu?! Ortada 4 qətnamə vardı, amma Ukrayna ilə bağlı BMT TŞ-də qətnamə qəbul etmək olmur, çünki Rusiya dərhal “veto” hüququndan istifadə edir. Bizim əlimizdə 4 qətnamə vardı, amma məsələyə baxan yox idi. Bizə deyirdilər özünüz danışıb, həll edin. Belə olan halda biz çox itki verdik, boğazımızdan kəsib, müharibə apardıq. Azərbaycan xalqı bundan 2 dəfə yaxşı yaşaya bilərdi. Amma əsas olan odur ki, milli məsələnin həllinə nail olduq. Bu mənada Ukrayna səfərbər olmalıdır, ya da taleyi ilə barışmalıdır”.
Rasim Musabəyov: Zelenski bu qədər itkiyə görə cavab verməli olacaq
R.Musabəyon qənaətinə görə, bütün hallarda Ukrayna bir şeyə nail oldu ki, müstəqil dövlət olaraq xəritədə qalmağı bacardı:
“Bu da bir uğurdur. Putin Ukraynanı bir dövlət kimi xəritədən silmək niyyətində idi, bunu bacarmadı və bacarmayacaq”.
Aydın Baxış