Şirvan şəhər sakini Cəmaləddin Məmmədzadə aralarında yaranmış mübahisə zəminində tanışı Amid Əliyevə kəsici-deşici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, C.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır./APA