• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Barselona" antirekordunu təkrarlayıb

İDMAN

19 Yanvar 2025 | 10:27 | Müəllif: Subhan Mahmudov

"Barselona" antirekordunu təkrarlayıb

İspaniyanın "Barselona" klubu ardıcıl doqquz oyunda qol buraxmaqla antirekordunu təkrarlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu, La Liqanın XX turunda "Xetafe" ilə baş tutan görüşdə (1:1) reallaşıb.

Kataloniya təmsilçisi La Liqada ardıcıl doqquzuncu oyunda qapısında top görüb. Belə hal sonuncu dəfə 2018-ci ildə Ernesto Valverdenin rəhbərliyi altında baş vermişdi.

Qeyd edək ki, hazırda "Barselona" turnir cədvəlində 39 xalla üçüncü yerdədir. "Xetafe" isə 20 xalla 16-cıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026