• Bakı C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.75

    RUB - 1.6396

Ekstrasensi öldürən "kriminal avtoritet" həbs edildi

DÜNYA

19 Yanvar 2025 | 19:46

Ekstrasensi öldürən kriminal avtoritet həbs edildi

Rusiyanın Sverdlovsk vilayətinin Berezovski Şəhər Məhkəməsi qətldə (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi) təqsirləndirilən "kriminal avtoritet" Andrey Ovçinnikovu (Ovçina, Banzay) martın 7-dək istintaq təcridxanasına göndərib.

Bakıvaxtı.az“Kommersant”a istinadən xəbər verir ki, istintaqın məlumatına görə, yanvarın 5-nə keçən gecə Ovçina spirtli içki qəbul edərkən tanışı Koldun və ya Sensey kimi tanınan ekstrasens Aleksey Surodeyevə bir neçə bıçaq zərbəsi vurub. O, aldığı xəsarətlərdən bir neçə gün sonra xəstəxanada dünyasını dəyişib.

Ovçina təqsirini boynuna almayıb. O, həbs-qətimkan tədbirinin seçilməsi zamanı işi "uydurm"a adlandıraraq, Koldunla “həkimlə xəstə” münasibətində olduğunu bildirib: tibbi yardım üçün Kolduna müraciət edib. Ovçinanın sözlərinə görə, Koldun onu “ekstrasensor imkanlar"la  sağaldıb.

Qeyd edək ki, Koldun əvvəllər kriminal boss Andrey Trofimovun (“Trofa”) köməkçilərindən biri olub, lakin o, uzun müddət əvvəl biznesdən təqaüdə çıxıb və müalicə ilə məşğul olub.

Ovçina hazırda 2017-ci ildə adam oğurluğu ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxsdir. Lakin xəstəlik səbəbindən iş üzrə icraat dayandırılıb.


SON XƏBƏRLƏR

18 Yanvar 2025