Ukraynada münaqişəyə son qoymaq yalnız bütün tərəflərin razılığı ilə mümkündür, şərtlər məqbul olmalıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
Onun sözlərinə görə, Rusiya ilə görüş gələcək əməkdaşlığın əsasını qoyur: “Danışıqların məqsədi Ukrayna üçün ədalətli, davamlı və bütün tərəflər üçün məqbul sülhə nail olmaqdır. Bu sülhə nail ola biləcək yeganə lider Prezident Donald Trampdır. Hələ görüləsi çox iş var. Bugünkü görüşün məqsədi rabitə kanallarının yaradılması olub”.
Rubio bildirib ki, Aİ Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi üçün müəyyən məqamda danışıqlar masası arxasında olmalıdır: “Aİ nə vaxtsa masa arxasında olmalı olacaq, çünki onların Rusiyaya qarşı sanksiyaları var”.