• Bakı 19° C

    11.59 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

AK Ukraynaya 1 milyard avroluq makromaliyyə yardımı köçürüb

DÜNYA

20 Mart 2025 | 14:09

AK Ukraynaya 1 milyard avroluq makromaliyyə yardımı köçürüb

Avropa Komissiyası (AK) hazırkı 18,1 milyard avroluq proqram çərçivəsində Ukraynaya növbəti 1 milyard avroluq makromaliyyə yardımı tranşını köçürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında deyilir.

Qeyd edilir ki, 18,1 milyard avro "Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən ödənilməli olan 45 milyard avronu təmin etməyi hədəfləyən G7 kredit proqramında Aİ-nin payıdır".

Beləliklə, ilin əvvəlindən Avropa Komissiyası artıq Kiyevə 4 milyard avro vəsait ayırıb. Bu pul Ukraynanın kreditlərinə xidmət etmək və ölkənin büdcəsini doldurmaq üçün nəzərdə tutulub.


SON XƏBƏRLƏR

24 May 2025