ABŞ Macarıstana “Qazprombank”a qarşı sanksiyalar istisna olmaqla, Rusiya qazının tədarük haqqını cəmi üç ay ödəmək hüququ verib. Lakin Budapeşt artıq Moskva ilə alternativ ödəniş variantı barədə razılığa gəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Bolqarıstana səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.
“Biz amerikalılarla “Qazprombank”a qarşı sanksiyaların üç ay müddətinə dayandırılacağına razılaşa bildik ki, təhlükənin qarşısı alınsın. Biz ruslarla qaz tədarükü üçün alternativ ödəniş metodu ilə bağlı razılığa gəldik”, - Orban qeyd edib.
Onun sözlərinə görə, Macarıstan bir neçə ay ərzində nisbətən təhlükəsiz vəziyyətdə olacaq. O, həmçinin bəyan edib ki, Rusiya qazının Bolqarıstan vasitəsilə Macarıstana tranziti ilə bağlı problem olmamalıdır.