ABŞ Dəməşqdəki təmasların nəticələrinə əsasən, Heyət Təhrir əş-Şam silahlı qruplaşmasının (HTŞ) lideri, Suriyada hakimiyyəti ələ keçirən Əbu Məhəmməd əl-Culani haqqında məlumat verənə vəd etdiyi 10 milyon dollar mükafatı ləğv edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
ABŞ dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif bildirib ki, rəsmilər ABŞ və onun regiondakı müttəfiqləri də daxil olmaqla, terrorçu qrupların Suriyanın daxilində və xaricində təhlükəsizliyi təhdid etməməsinin təmin edilməsinin vacibliyini müzakirə ediblər. Əl-Culani onları öhdəliklərinə sadiq qalacağına əmin edib.