• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

Keçmiş neft naziri saxlanıldı

DÜNYA

21 Oktyabr 2024 | 21:30

Keçmiş neft naziri saxlanıldı

Venesuelanın keçmiş neft naziri Pedro Teleçeya ölkənin və dövlət neft şirkəti PDVSA-nın maraqlarına təhlükə törətməkdə şübhəli bilinərək saxlanılıb.

Bakıvaxtı.az xəbər bu barədə Cənubi Amerika ölkəsinin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.

“Baş Prokurorluq bildirir ki, dünən səhər hərtərəfli araşdırmadan sonra Pedro Teleçeya ən yaxın həmkarları ilə birlikdə ölkənin maraqlarına xələl gətirən ağır cinayətlər törətdiklərinə görə saxlanılıb”, - Baş Prokurorluğun İnstaqram səhifəsində dərc olunan məlumatda deyilir.

Departamentin məlumatına görə, Teleçeya-nın rəhbərliyi altında "PDVSA-nın beyni kimi tanınan avtomatlaşdırılmış komanda və idarəetmə sistemi ABŞ kəşfiyyatı tərəfindən idarə olunan şirkətə verilib. Bununla da bütün hüquqi mexanizmlər pozulub və milli suverenliyə ziyan vurulub”.


SON XƏBƏRLƏR

21 Oktyabr 2024