• Bakı 14° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Azərbaycanda bu şəxslər də minatəmizləmə fəaliyyəti həyata keçirəcək

CƏMİYYƏT

22 Oktyabr 2024 | 13:02

Azərbaycanda bu şəxslər də minatəmizləmə fəaliyyəti həyata keçirəcək

Azərbaycanda fiziki və hüquqi şəxslər minatəmizləmə fəaliyyəti həyata keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə haqqında” Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Layihəyə əsasən, minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Dövlət orqanlarının (qurumlarının), fiziki və ya hüquqi şəxslərin müraciətləri əsasında səlahiyyətli qurum tərəfindən onların minatəmizləyənlərinə standart əməliyyat prosedurlarına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada təlimlər keçiriləcək və təlimlərin nəticəsində qiymətləndirmə aparılaraq sertifikat veriləcək.

Minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi üçün qiymətləndirmənin aparılmasına və təlimlərin keçirilməsinə görə fiziki və ya hüquqi şəxslər (dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tərəfindən səlahiyyətli quruma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdə haqq ödəniləcək.

Minatəmizləmə fəaliyyətinin keyfiyyətinə nəzarət çərçivəsində tələblərdə və standart əməliyyat prosedurlarında nəzərdə tutulmuş qaydada həmin fəaliyyətin monitorinqi və təhlükəli ərazilərin təmizləmə keyfiyyətinin qiymətləndirilməsi həyata keçiriləcək.

Layihəyə əsasən, keyfiyyətə nəzarət zamanı icraçı tərəfindən tələblərin və standart əməliyyat prosedurlarının pozulması halı aşkar edildikdə səlahiyyətli qurum icraçıdan pozuntunun aradan qaldırılmasını tələb edəcək. İcraçı 15 (on beş) gün müddətində pozuntunun aradan qaldırılmasını təmin etməli və bununla bağlı görülmüş işlərə dair səlahiyyətli quruma rəsmi qaydada məlumat verməlidir. Səlahiyyətli qurumun pozuntunun aradan qaldırılmasına dair tələbi icra edilmədikdə və ya qanuna uyğun olaraq məlumat verilmədikdə, icraçının təhlükəli ərazidəki fəaliyyəti həmin pozuntular aradan qaldırılanadək səlahiyyətli qurum tərəfindən dayandırılacaq. Minatəmizləmə fəaliyyəti tamamlanmış ərazilər səlahiyyətli qurum tərəfindən təmizləmə keyfiyyətinin qiymətləndirilməsi aparıldıqdan sonra tələblərə uyğun olaraq rəsmiləşdiriləcək.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəvul olunub.

Mina Mikayılova


SON XƏBƏRLƏR