• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşib

CƏMİYYƏT

22 Oktyabr 2024 | 15:21

Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşib

Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı rüsumlar müəyyənləşir:

-Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat;

-Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat;

-Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat;

-Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 50 manat;

-Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə - 100 manat.

Layihə I oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR