• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.7803

    RUB - 1.6785

“Ayaqqabı sifariş vermişəm, papaq gəlib” - Onlayn alış-verişin qurbanı olmamaq üçün NƏ EDƏK?

CƏMİYYƏT

21 Noyabr 2024 | 14:39

“Ayaqqabı sifariş vermişəm, papaq gəlib” - Onlayn alış-verişin qurbanı olmamaq üçün NƏ EDƏK?

Müasir dövrdə demək olar ki, hər kəs onlayn alış-veriş etməyə üstünlük verir. Lakin bəzən onlayn alış-verişin qurbanı da ola bilirik. Məsələn, sifariş etdiyimiz hər hansısa bir məhsulun yerinə tamam fərqli, yaxud bizə aid olmayan məhsul gələ bilir.

Bakı sakini Mürsəl Kazımov Bakıvaxtı.az-a onlayn alış-veriş zamanı aldadıldığını deyib. Onun sözlərinə görə, karqo şirkətlərinin biri vasitəsilə ayaqqabı sifariş verib, amma onun yerinə papaq gəlib:

“Yaxşı ki, karqo şirkətinə şikayətim müsbət nəticə verdi. Məhsulum dəyişdirildi”.

Bəs bu kimi hallarda nə etməliyik?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Koreyada yaşayan PR və Marketinq Kommunikasiyaları üzrə konsultant Samir Əfətli bildirib ki, texnologiyanın inkşafı artdıqca elektron ticarət istifadəçiləri də günü-gündən artır. Bu, insanlara həftənin istənilən günündə, saatında rahat şəkildə istədiyi məhsulu seçib almağa şərait yaradır. Həmçinin oflayn ticarətdən fərqli olaraq insanlara bir məkandan başqa bir məkana getməməyi və daha ucuz almağa şərait yaradır.

Müsahibimiz qeyd edib ki, məhulların çox çeşidli olması, alıcı və satıcıların çoxluğu özü ilə bir sıra problemlər də gətirir:

"Məsələn, məhsulun itməsi, xarab olması, bir adla sifariş verib başqa adla gəlməsi, yaxud tamam fərqli bir məhsulun gəlməsi kimi hallar yaşanır. Təbii ki, belə olan halda məhsulu satan satıcı ilə məsələni aydınlaşdırmaq və sübutları göstərdikdən sonra sifarişi dəyişdirmək, geri qaytarmaq tələbini etmək olar".

Samir Əfətli: Məhulların çox çeşidli olması, alıcı və satıcıların çoxluğu özü ilə bir sıra problemləri gətirir

S.Əfətliyə görə, ola bilər ki, xaricdən alınan malların geri qaytarılması ilə bağlı problemlər yaşansın. Hal-hazırda Azərbaycanda Türkiyə və Amerikadan alınan məhsulların geri qaytarılmasında böyük problemlər var. Dediyinə görə, bunun da ən böyük səbəbi logistikanın birtərəfli işləməsidir:

" Logistika əsasən ikitərəfli işləsə də, Azərbaycan istiqamətinə ucuz, əks istiqamətə isə bahadır. Ona görə də, alıcılar münasib qiymətə aldıqları malın geri qaytarılma zamanı təklif edilən ödənişdən imtina etməyə başlayırlar. Çünki qaytarılma aldıqları qiymətdən 5 dəfə artıq baha başa gəlir".

S.Ələtlinin sözlərinə görə, hal-hazırda Çindən alınan mallarda geri qaytarılma prosesi daha sərfəli təklif olunur:

“Belə ki, satıcının təyin elədiyi hazır gəl al nöqtələri var, yaxınlaşıb geriqaytarma etmək mümkündür. “Trendyol”un baş direktoru da 2025-ci il üçün belə bir xidməti istifadəçilərə təklif edəcəyini bildirib. Hələ ki, bu məsələnin başqa həlli yolu təəssüflər olsun ki, yoxdur”.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR

22 Noyabr 2024