• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Milli Məclisdə yeni işçi qrup yaradıldı

SİYASƏT

22 Oktyabr 2024 | 15:10

Milli Məclisdə yeni işçi qrup yaradıldı

Milli Məclisdə yaşıllıqların suvarılmasının araşdırılması ilə bağlı yeni işçi qrup yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında qərar verilib.

Komitə sədri Sadiq Qurbanov qeyd edib ki, yeni yaradılan işçi qrup şəhər ərazilərində, yaşayış binalarının qarşısında və s. ərazilərdə yaşıllıqların suvarılması məsələlərini araşdırmalıdır.

Deputat Naqif Həmzəyevin rəhbərlik edəcəyi işçi qrupun tərkibinə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, komitə üzvləri Rövşən Muradov, Asif Əsgərov və Eyvaz Qurbanov daxil ediliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026