• Bakı 14° C

    7.72 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

 İşə düzəlmədə tanışlıq, qohumluq məsələləri aradan qalxmalıdır

SİYASƏT

21 Noyabr 2024 | 13:12

 İşə düzəlmədə tanışlıq, qohumluq məsələləri aradan qalxmalıdır

“Özünüməşğulluq layihəsinə yenilik gətirilməlidir, bunu birgə məşğulluğa çevirməliyik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə keçirilən iclasında deputat Müşfiq Cəfərov deyib.

    Deputat bildirib ki, Məşğulluq Mərkəzinin nüfuzu qaldırılmalıdır: “Bu cəmiyyət üçün, sosial problemlərin həlli üçün çox vacibdir. Xüsusilə nazirliklərin yerli nümayəndələri ilə iş məsələləri həll edilməlidir. Vakant yer olanda bu, məşğulluq mərkəzində əksini tapır. Sabah kimsə məşğulluqda qeydiyyatda olmasa da, həmin vakant yerə işə düzəlir, yaxud bu gün məşğulluqda qeydiyyata düşür, sabah işə düzəlir. Bu necə olur? Tanışlıq, qohumluq məsələləri aradan qalxmalıdır”.


    SON XƏBƏRLƏR