• Bakı 14° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Metroda bu düymədən lüzumsuz istifadə edənlərin NƏZƏRİNƏ!

CƏMİYYƏT

22 Oktyabr 2024 | 12:20

Metroda bu düymədən lüzumsuz istifadə edənlərin NƏZƏRİNƏ!

Metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr artırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, stansiyaların vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə iki yüz manat məbləğində cərimə edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


SON XƏBƏRLƏR