• Bakı 14° C

    7.72 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

Ölkə üzrə pensiyaçıların ümumi sayı açıqlandı

CƏMİYYƏT

21 Noyabr 2024 | 11:27

Ölkə üzrə pensiyaçıların ümumi sayı açıqlandı

“Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66,1%-i qeyri-büdcə sektorunun, 33,9%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.

“Hazırda (01.10.2024-cü il tarixə) ölkə üzrə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edir. Onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır. 

2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib, bu meyil gələn ildə də davam edəcək. 

2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 368 milyon manat və ya  29,9%  çoxdur. 

Transferin həcmindəki görünən artım 2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindən 387 mln manatın dövlət büdcəsinə yünəldilməsi ilə bağlıdır”, - deyə komitə sədri bildirib.


SON XƏBƏRLƏR