• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Azərbaycan-Ermənistan sərhədində ARD-ARDA 3 ZƏLZƏLƏ - YENILƏNİB

CƏMİYYƏT

21 Dekabr 2024 | 09:33

Azərbaycan-Ermənistan sərhədində ARD-ARDA 3 ZƏLZƏLƏ - YENILƏNİB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dekabrın 21-də yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib.

"Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - deyə qeyd edilib.

***

08:10

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Azərbaycan-Ermənistan sərhədində ard-arda 3 zəlzələ qeydə alınıb.

Bakıvaxtı az  xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ilk zəlzələ yerli vaxtla saat 03:01-də qeydə alınıb. Zəlzələnin maqnitudası 4,8 olub. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal gücündə hiss olunub.

Daha bir zəlzələ 10 km dərinlikdə, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 3:03-də qeydə alınıb.

Üçüncü zəlzələ isə 3.8 bal gücündə olub.

Bildirilib ki, yeraltı təkanlar 12 km dərinlikdə, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 3:07-də qeydə alınıb.


SON XƏBƏRLƏR