• Bakı 14° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Türkiyə-Azərbaycan Universitetinə neçə tələbə QƏBUL EDİLƏCƏK?

CƏMİYYƏT

21 Noyabr 2024 | 11:10

Türkiyə-Azərbaycan Universitetinə neçə tələbə QƏBUL EDİLƏCƏK?

Növbəti ildə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait proqnozlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ötən gün Milli Məclis komitələrinin birgə iclasında deyib.

O bildirib ki, 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 87 tələbə təhsil alır, növbəti ildə əlavə 150 tələbə qəbulu planlaşdırılır.


SON XƏBƏRLƏR

18 Aprel 2025