• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Rusiyanın un ixracı 1,3 dəfə artıb

İQTİSADİYYAT

22 Oktyabr 2024 | 14:24

Rusiyanın un ixracı 1,3 dəfə artıb

Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan un ixracının həcmi 1,3 dəfə artıb.

Bakıvaxtı.az "Kommersant"a istinadən xəbər verir ki, bu, Agroexport Federal Mərkəzinin hesabatında yer alıb.

2024-cü ilin doqquz ayının nəticələrinə əsasən, Rusiyadan un ixracının ümumi həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 dəfə artaraq 920 min tonu ötüb.

2024-cü ildə Rusiya ununun əsas idxalçıları Əfqanıstan, Çin və İraq olub. 

Ekspertlərə görə, 2030-cu ilə qədər bu kənd təsərrüfatı məhsullarının Rusiyadan ixracının həcminin 1,7 milyon tona çatacağını gözlənilir.

Gülşən Şərif


SON XƏBƏRLƏR