• Bakı 14° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Ukrayna bu halda 35 milyard avro kredit alacaq - Reynders

DÜNYA

22 Oktyabr 2024 | 13:30

Ukrayna bu halda 35 milyard avro kredit alacaq - Reynders

Ukrayna yalnız Avropa İttifaqının əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərini yerinə yetirdikdən sonra 35 milyard avro məbləğində yeni kredit alacaq.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders bildirib.

Onun sözlərinə görə, bu kredit Rusiyanın aktivlərindən əldə edilən gəlirlər hesabına ödəniləcək. Bu şərtlər ayrıca bir memorandumda təsbit ediləcək.

"Bu makromaliyyə krediti Ukrayna tərəfindən Aİ ilə razılaşdırılmış və ayrıca anlaşma memorandumunda təsbit edilmiş öhdəliklərin əvvəlcədən müəyyən edilmiş siyasi şərtlərinin yerinə yetirilməsi əsasında veriləcək", - o bildirib.

D.Reynders, Avropa Parlamentini bu mexanizmi ən qısa müddətdə razılaşdırmağa çağırıb.


SON XƏBƏRLƏR