Qırmızı dənizdə İsrailə məxsus gəmi Yəmən qüvvələri tərəfindən ələ keçirilib.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bununla bağlı Yəmən Silahlı Qüvvələri bəyanat yayıb.
Bildirilib ki, bu, 13 aydan artıqdır ABŞ-nin dəstəklədiyi soyqırım müharibəsi və İsrailin mühasirəsinə dözən Qəzza zolağındakı fələstinlilərə dəstək məqsədilə növbəti əməliyyatda baş verib.
"Qırmızı dənizdə bir İsrail gəmisinin ələ keçirilməsi və onun Yəmən sahillərinə müşayiəti ilə nəticələnən hərbi əməliyyat keçirdik. Əməliyyat Yəmənin xalq müqavimət hərəkatı Ənsarullah lideri Əbdülməlik əl-Hutinin göstərişlərinə uyğun olaraq və məzlum Fələstin xalqına dəstək məqsədilə həyata keçirilib", - bəyanatda vurğulanıb.
Gülşən Şərif