• Bakı 14° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Deputat: "Azərbaycana qarşı mübarizə həm də Gürcüstan üzərindən aparılır"

SİYASƏT

22 Oktyabr 2024 | 13:35

Deputat: Azərbaycana qarşı mübarizə həm də Gürcüstan üzərindən aparılır

"Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün tək nəfəslik olmaq istəyən rəsmi Tbilisinin və indiki hakimiyyəti devirmək istəyənlərin maraqlarına ziddir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, İlham Əliyevin "Əlinizi Qafqazdan çəkin" bəyanatının məqsədi regionun bütün xalqlarının mənafelərini qorumaqdır:

"Müttəfiq olduğumuz ölkədə baş verənlər bütövlükdə regiona təsir edir. Strateji layihələrin keçdiyi, çoxmilyardlıq sərmayelər  yatırmağımız və yarım milyona çatan azərbaycanlıların taleyi  qarşıdakı seçkilərdən asılıdır. Ukrayna, Suriya, Əfqanıstan hadisələri bir ibrətdir. Biz Gürcüstanda ictimai-siyasi xaos, regionda beynəlmiləl döyüşlər deyil, sabitlik və təhlükəsilziik tərəfdarıyıq. Qələbəmiz Gürcüstan üçün nümunə və idealdır. Ən böyük gürcü arzusu-bütöv Azərbaycandır". 

Gülşən Şərif
 


SON XƏBƏRLƏR