• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Ya Ermənistanda azərbaycanlıların hüquqları təmin olunmalıdır, ya da... - AÇIQLAMA

SİYASƏT

22 Oktyabr 2024 | 14:44

Ya Ermənistanda azərbaycanlıların hüquqları təmin olunmalıdır, ya da... - AÇIQLAMA

"Birinci Dünya müharibəsi zamanı Antanta dövlətləri Ermənistanı qızışdıraraq Osmanlıya, türk ordusuna xəyanət etməyə sövq etmişdilər. Ermənilərə Osmanlı imperiyası çökdürüləndən sonra "Böyük Ermənistan" dövləti yaradacaqlarına söz vermişdilər. Ancaq verdikləri vədlərin arxasında dura bilmədilər".

Bunu Bakıvaxtı.az-a deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, ermənilərə bu vədləri ABŞ, Fransa vermişdi, hətta "böyük Ermənistan"ın "xəritəsini" çəkmişdilər:

"Ancaq gəlib öz sinələrini türk ordusunun qabağına verməkdən boyun qaçırtdılar. ABŞ-yə mandat verilmişdi ki, gəl bölgədə qayda-qanun yarat, təhlükəsizliyi təmin et və s. Amma Konqres bundan imtina etdi. İndi bunlar müəyyən mənada özlərini ermənilərə borclu hesab edirlər. Ortada xristian təəssübkeşliyi də var. Anlayırdılar ki, bundan sonra Türkiyədən Ermənistan üçün torpaq qopartmaq qeyri-mümkündür. Onsuz da ermənilər gəlib Azərbaycan ərazilərini, Qarabağı tutublar. Məqsəd ermənilərin torpaq iddiasını Azərbaycan əraziləri hesabına təmin etmək idi. Ermənilər də elə zənn edirdilər ki, Qarabağ onların "tarixi ərazisi”dir. Ancaq əliboş qaldılar. Biz daim deyirdik ki, Qarabağda erməni hüquqlarından danışanlar Ermənistandan qovulan Qərbi Azərbaycanlıların da hüquqlarından bəhs etsinlər. Amma deyirdilər ki, bu məsələləri bərabər tutmaq olmaz".

Rasim Musabəyov, deputat

Deputat qeyd edib ki, Azərbaycanla sülh müqaviləsi bağlanandan sonra Ermənistanı himayə edən qüvvələr beynəlxalq gündəlikdə bu məsələni ermənilərin əvəzinə saxlamaq niyyəti güdürlər:

"Ancaq Azərbaycan deyir ki, məsələ birmənalı bitməlidir. Ya paralel olaraq Ermənistanda azərbaycanlıların hüquqları da təmin olunmalıdır, ya da bu məsələ ümumiyyətlə bağlanmalıdır. Sudetdən 3 milyon alman qovulub, məgər onların hüquqları yoxdur? Niyə bərpa etmirlər? Niyə Çexiya almanları yaşamaq üçün öz ərazilərinə buraxmır? Bənzər problemlər Polşada, Rumıniyada, Macarıstanda da var. Balkanlardan türklərin qovulması da Qərb rəhbərlərinin gözü qarşısında baş vermişdi. Bu məsələləri gündəmə gətirməyənlər, Qarabağda erməni məsələsini qabardırlar”.

“Azərbaycan beynəlxalq hüquq çərçivəsində davranır. Heç kim Azərbaycanın üstünə yeriyə bilməz. Əlbəttə, bizə qarşı bəyanatları, təzyiqləri davam edəcək", - deyə Rasim Musabəyov qeyd edib.

Aydın Baxış


SON XƏBƏRLƏR