• Bakı 14° C

    8.15 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı YENİLİK

SİYASƏT

22 Oktyabr 2024 | 12:13

Siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı YENİLİK

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsinə nəzarət üçün yeni qaydanın müəyyənləşməsi təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaran  “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, siyasi partiyalar kənar dövlət maliyyə nəzarətinin obyektləri sırasına daxil edilib.

Qanuna əsasən, siyasi partiya tərəfindən dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən həyata keçirilir.

Layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR