• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Boksçularımız dünya çempionatında iştirak edəcəklər

İDMAN

22 Oktyabr 2024 | 14:54

Boksçularımız dünya çempionatında iştirak edəcəklər

Azərbaycanın gənc boksçuları oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərindəki dünya çempionatında iştirak edəcək.

Bakıvaxtı.az xəbər verir ki, yığmamız mundialda 13 idmançı ilə təmsil olunacaq.

Məşqçilər korpusu yarışda Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Ömər Aslanlı (54 kq), Tağı Nəsibov (57 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq), Ziya Həsənov (71 kq), Abbasqulu Şadlinski (75 kq), Lalə Mədətova (48 kq), Cəmilə Sultanlı (50 kq), Aynur Mikayılova (57 kq), Qızbəs İsgəndər (60 kq) və Emili Rzayevaya (63 kq) şans verəcək.

Dünya birinciliyində beynəlxalq dərəcəli hakimimiz Emil Qurbanəliyev ədaləti qoruyacaq.

Nümayəndə heyətinə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda 84 ölkədən 800-dək boksçusunun mübarizə aparacaq. /report


SON XƏBƏRLƏR