• Bakı 29° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Bu klubun qapıçısı yayda komandanı tərk edə bilər

İDMAN

21 Noyabr 2024 | 09:35

Bu klubun qapıçısı yayda komandanı tərk edə bilər

​​​​​​İngiltərənin "Liverpul" klubunun qapıçısı Kevin Kelleher yayda komandanı tərk edə bilər.

Bakıvaxtı.az bu barədə "The Sun"a istinadən xəbər verir ki, "Çelsi" 25 yaşlı irlandiyalı futbolçu üçün təklif hazırlayır.

Qapıçının hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.

Qeyd edək ki, K.Kelleher cari mövsüm bütün turnirlərdə 8 matçda iştirak edib, 5 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.


SON XƏBƏRLƏR

22 Iyul 2025