• Bakı 23° C

    3.46 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Premyer Liqa: XVIII tur Tovuzda başlayacaq

İDMAN

20 Dekabr 2024 | 09:41

Premyer Liqa: XVIII tur Tovuzda başlayacaq

Misli Premyer Liqasında XVIII tur bu gün Tovuzda başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, “Sumqayıt” səfərdə “Kəpəz”in qonağı olacaq.

Tovuz şəhər stadionunda keçiriləcək görüşün start fiti saat 16:00-da səsləndiriləcək. Hazırda “Sumqayıt” turnir cədvəlində 19 xalla 6-cı yerdə qərarlaşıb. 9-cu pillədə yer alan “Kəpəz”in isə 10 xalı var.

Misli Premyer Liqası

II dövrə, XVIII tur

20 dekabr

16:00. “Kəpəz” – “Sumqayıt”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov.

VAR: Tural Qurbanov.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Elman Musayev.

Tovuz şəhər stadionu

Qeyd edək ki, turun digər görüşləri dekabrın 21-22-də keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026