Portuqaliya Çempionatının 18-ci turunda "Benfika" doğma meydanda "Famalikao"nu 4-0 hesabı ilə darmadağın edib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Portuqaliya nəhənginin qələbəsini təmin edən qolları Leandro Barreiro və Orkun Kökçü vurub. Orkun Kökçünün qoluna isə klubun digər türkiyəli futbolçusu Kerem Aktürkoğlu asistlə töhvə verib.
Bununla da Kökçü 10 oyun sonra qol vurub, Kerem isə 4 oyundan sonra komandasının qol vurmasına yardımçı ola bilib.
"Benfika" bu qələbə ilə xallarını 41-ə çatdırıb, "Famalikao" isə 20 xalda qalıb. Liqanın növbəti turunda "Benfika" "Kasa Pia" ilə qarşılaşacaq, "Famalikao" isə "Estrela"nı evində qəbul edəcək./Milli.az