• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

“Mançester Yunayted” səfərdə “Tottenhem”ə uduzdu

İDMAN

16 Fevral 2025 | 23:20 | Müəllif: Subhan Mahmudov

“Mançester Yunayted” səfərdə “Tottenhem”ə uduzdu

İngiltərə Premyer Liqasında XXV tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, bağlanış oyunu prinsipial duellə əlamətdar olub.

Bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən iki komanda - “Tottenhem” və “Mançester Yunayted” münasibətlərinə aydınlıq gətirib. Görüş London təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 13-cü dəqiqədə Ceyms Meddison vurub.

Bu qələbə ilə xallarını 30-a çatdıran “Tottenhem” 12-ci pilləyə yüksəlib. 29 xalı olan “Mançester Yunayted” isə 15-ci sırada qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında lider “Liverpul” öz meydanında “Vulverhempton”u 2:1 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026