İtalyanın "Napoli" klubunun gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya zədəsini sağaldıb.
Bakıvaxtı.az xəbər verir ki, o, A Seriyasının XVII turunda "Cenoa"ya qarşı keçiriləcək matçda meydana çıxa bilər.
23 yaşlı forvard 2 həftə əvvəl "Latsio" ilə üz-üzə gəldikləri oyunda sağ dizindən zədə almışdı.
“Cenoa” – “Napoli” matçı dekabrın 21-də baş tutacaq.
Qeyd edək ki, X.Kvaratsxeliya cari mövsüm 17 oyunda 5 qol vurub.