• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Əhməd Cavadın nəticəsinə vəzifə verildi

İDMAN

20 Dekabr 2024 | 20:20 | Müəllif: Subhan Mahmudov

Əhməd Cavadın nəticəsinə vəzifə verildi

Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub.

Bakıvaxtı.az xəbər verir ki, Cavad Axundzadə Azərbaycan Milli Paralimpiya Komitəsinin İdman şöbəsinin müdiri, Əşrəf Qasım isə Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış C.Axundzadə 2007-ci ildən əmək fəaliyyətinə başlayıb. İdman sahəsində 15 ildən çox iş təcrübəsi var. O, Azərbaycan şairi Əhməd Cavadın nəticəsidir.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış Ə.Qasım 2002-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 20 ildən çox dövlət və özəl sektorda ictimaiyyətlə əlaqələr, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.


Əhməd Cavadın nəticəsinə vəzifə verildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026