Türkiyə Superliqasının XVII turunun açılış oyununda “Fənərbağça” səfərdə “Eyupspor”la qarşılaşıb.
Bakıvaxtı.az xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib.
Hər iki qol ilk hissədə vurulub.
Meydan sahiblərinin həyətində Ahmed Kutucu, qonaqlarda isə Yusuf En-Nesri fərqləniblər.
Bu nəticədən sonra xallarını 36-ya çatdıran “Fənərbağça” 2-ci pillədə qərarlaşıb. “Eyupspor” isə 27 xalla 4-cü yerdədir.