• Bakı 14° C

    7.9 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Cənubi Koreyadan iddia: "Şimali Koreya Ukraynada döyüşür"

DÜNYA

22 Oktyabr 2024 | 14:57

Cənubi Koreyadan iddia: Şimali Koreya Ukraynada döyüşür

Cənubi Koreya və Böyük Britaniya Şimali Koreyanın Rusiya-Ukrayna müharibəsində Moskvanın tərəfində döyüşmək üçün qoşun göndərməsini pisləyib.

Bakıvaxtı.az "Yonhap"a istinadən xəbər verir ki, Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və İngiltərə xarici işlər naziri David Lammy Şimali Koreyanın Rusiyaya dəstək olaraq Ukraynaya əsgər göndərdiyi iddiaları ilə bağlı birgə bəyanat yayıb.

"Biz Şimali Koreyanın qeyri-qanuni silah tədarükünü davam etdirməsini və Moskvanın Ukraynadakı qeyri-qanuni müharibəsini dəstəkləmək üçün Rusiyaya qoşun göndərməsini qəti şəkildə pisləyirik", - deyə bəyanatda bildirilir. 

Bəyanatda həmçinin Hind-Sakit okean və Avro-Atlantik regionlarının təhlükəsizliyinin bir-birinə bağlı olduğu qeyd edilib. Bildirilib ki, Cənubi Koreya və Böyük Britaniya Moskva və Pxenyanın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətlə birlikdə tədbirlər görməyə qərarlıdır.

Gülşən Şərif


SON XƏBƏRLƏR