"Rusiyaya məxsus "MS-21" təyyarəsinin ilk uçuşu 2025-ci il martın sonu, aprelin əvvəlinə planlaşdırılıb".
Bakıvaxtı.az "Rossiya 24"ə istinadən xəbər verir ki, bunu Rusiya Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Əlixanov deyib.
Onun sözlərinə görə, gələn ilin əvvəlində bütövlükdə yerli "PD-14" mühərrikindən istifadə etməklə, sertifikatlaşdırma uçuşları başlayacaq:
""MS-21" Yakovlev Korporasiyası tərəfindən yaradılmış ortamənzilli dar gövdəli təyyarədir. Təyyarənin seriyalı istehsalı 2025-ci ildə İrkutsk Aviasiya Zavodu tərəfindən həyata keçiriləcək. 2029-cu ildən zavod ildə 72 təyyarə istehsal edəcək".
Gülşən Şərif