Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı, 49 yaşlı Əsma Əsəd əri ölkədən qaçmazdan bir neçə həftə əvvəl Moskvada xərçəng xəstəliyindən müalicəyə başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, Əsəd xanımı ilə Rusiyanın paytaxtına gəldikdən sonra görüşüb. Əsmanın anası və atası, o cümlədən qızı Zeyn də Moskvadadır.
Nəşrin məlumatına görə, Əsədin oğullarından birinin də Moskvada təhsil aldığı məlum olub.
Əsma Əsədə leykemiya diaqnozu qoyulub.
Qeyd edək ki, bir müddət öncə Əsma Əsədin Bəşər Əsəddən boşanaraq, Londona getmək istədiyi haqda məlumat yayılmışdı./axar.az